Ucnoqta.az
www.ucnoqta.az

Laçında ayı bir nəfəri yaraladı - Foto

08:34 - 19 Noyabr 2024 tarixində dərc olunub.

Laçında ayı KaMAZ sürücüsünə hücum edib.

Ucnoqta.az "Globalinfo.az"a istinadən xəbər verir ki, hadisə Həkəri çayının sahilində baş verib.

Yaxınlıqda olan hərbçilər səsi eşidərək hadisə yerinə gəliblər və sürücünü xilas ediblər.

O, ağır dərəcəli bədən xəsarətləri alıb.

Müəllif: Ucnoqta.az redaksiyası