Ucnoqta.az
www.ucnoqta.az

Tbilisidə xüsusi təyinatlılar çadırlarla yolu bağlayan etirazçıları dağıdıblar

07:50 - 19 Noyabr 2024 tarixində dərc olunub.

 Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə Tbilisi Dövlət Universitetinin binası yaxınlığındakı prospekti çadırlarla bağlayan etirazçıları dağıdıblar.

Ucnoqta.az xəbər verir ki, görüntüləri Gürcüstanın Mtavari Arxi telekanalı yayımlayıb.

Polis Çavçavadze prospektini tamamilə təmizləyərək etirazçıları yaxınlıqdakı Melikişvili prospektinə sıxışdırıb.

Müəllif: Ucnoqta.az redaksiyası