Ucnoqta.az
www.ucnoqta.az

İsrailin zərbələri nəticəsində Livanda iki tibb işçisi həlak olub

08:27 - 18 Noyabr 2024 tarixində dərc olunub.

Livanın cənubunda İsrail ordusu tərəfindən iki tibb işçisi öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail hərbçiləri ölkənin cənubunda fövqəladə hallar mərkəzlərinə zərbələr endirməkdə davam edir, nəticədə ən azı iki xilasedici ölüb.
Onlardan biri Nəbatiyyə əyalətində İslam Sağlamlıq Dərnəyinin mərkəzinə, digəri isə Tire şəhəri yaxınlığında yerləşən xəstəxanaya hücum zamanı həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası