Ucnoqta.az
www.ucnoqta.az

Sabah leysan yağacaq

15:07 - 17 Noyabr 2024 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında noyabrın 18-i günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirlib ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 18-i gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası