Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

12:02 - 16 Noyabr 2024 tarixində dərc olunub.

Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yekun iclasında Mərkəzi Seçki Komissiyasının katibi Giorgi Cavaxişvili deyib. Gürcüstanın hakim partiyası “Gürcü arzusu – Demokratik Gürcüstan” parlament seçkilərində 53,93% səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb.

Cavaxişvili bütün partiyaların aldığı səslərin faizini açıqlayıb. “Gürcü Arzusu” ilə yanaşı, dörd müxalifət partiyası 5%-lik baryeri keçib. “Dəyişiklik Koalisiyası” 11,03% toplayaraq 19 mandat, “Birlik – Milli Hərəkat” 10,17% və 16 mandat, “Güclü Gürcüstan” 8,81% və 14 mandat, “Gürcüstan üçün Qaxariya” 7,78% və 12 mandat alıb.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası