Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda yolu keçən polisi avtomobil vurub öldürdü

20:35 - 15 Noyabr 2024 tarixində dərc olunub.

Noyabrın 15-də Səbail rayonu Salyan şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası