Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda iki avtomobil toqquşub, ölən və xəsarət alan var 

13:20 - 15 Noyabr 2024 tarixində dərc olunub.

Yevlax-Bərdə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, "VAZ" və "Toyota" markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1978-ci il təvəllüdlü Zamin Rzayev ölüb. 1980-ci il təvəllüdlü Ş.Namazova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası