Ucnoqta.az
www.ucnoqta.az

Cəbrayılda ağır qəza - ölənlər var

18:45 - 14 Noyabr 2024 tarixində dərc olunub.

Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, "Hyundai" markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.

Məlumata görə, ölən şəxslər qohumdur.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası