Ucnoqta.az
www.ucnoqta.az

Göz sağlamlığını 6 həftəyə yaxşılaşdıran ÇƏRƏZ

08:01 - 14 Noyabr 2024 tarixində dərc olunub.

ABŞ-ın Tafts Universitetinin alimlərinin apardığı araşdırmaya görə, püstənin tərkibindəki antioksidant lutein gözü zərərli işıqdan qoruyur və görmə qabiliyyətini gücləndirir.

Ucnoqta.az xəbər verir ki, araşdırmada, gündəlik 57 qram püstə istehlakının 6 həftədə makula piqmentinin optik sıxlıq səviyyəsini artıraraq göz sağlamlığına töhfə verdiyi müəyyən edilmişdir.

Bu antioksidant ekranlardan zərərli mavi işığı süzməyə kömək edir və retinal degenerasiyadan qoruyur.

Müəllif: Ucnoqta.az redaksiyası