Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda tələbə qız dəm qazından öldü - Foto

17:50 - 13 Noyabr 2024 tarixində dərc olunub.

İqtisad Universitetinin tələbəsi zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti məlumat yayıb.

Bildirilib ki, universitetin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.

Xatırladaq ki, ötən gün Bakı Slavyan Universitetinin tələbəsi Lalə Yaralıyeva da dəm qazından vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası