Ucnoqta.az
www.ucnoqta.az

Rusiya regionları üzərində 29 PUA vurub

09:08 - 13 Noyabr 2024 tarixində dərc olunub.

Rusiya hava hücumundan müdafiə sistemləri son gecədə Rusiya bölgələri üzərində Ukraynanın 29 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynaya məxsus 29 pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Qeyd olunur ki, Kursk və Belqorod vilayətləri üzərində yeddi, Tver və Bryansk vilayətləri üzərində beş, Penza vilayətində üç, daha ikisi Voronej vilayətində məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası