Ucnoqta.az
www.ucnoqta.az

Bakıda COP29 başlayır

10:58 - 11 Noyabr 2024 tarixində dərc olunub.

Bu gündən etibarən 22 noyabra qədər Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək.

Ucnoqta.az xəbər verir ki, konfrans Bakı Olimpiya Stadionunda keçirilir.

Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası