Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda müxalifət yürüş keçirir

20:43 - 10 Noyabr 2024 tarixində dərc olunub.

Müxalifət siyasətçiləri və vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün Tbilisi küçələrində yürüşlər keçirirlər.

Ucnoqta.az xəbər verir ki, vayım yerli telekanallar tərəfindən həyata keçirilir.

Bir neçə yüz fəal daha əvvəl Tbilisinin mərkəzindəki Azadlıq meydanına toplaşıb.
Yürüşçülər Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına müdaxilə etmir, aksiya dinc şəraitdə keçirilir.

Ötən gün müxalifət də paytaxt küçələri ilə yürüş keçirib. Etirazlar insidentsiz baş verir.

Müəllif: Ucnoqta.az redaksiyası