Ucnoqta.az
www.ucnoqta.az

Meksikada barda atışma: azı 10 nəfər ölüb

12:46 - 10 Noyabr 2024 tarixində dərc olunub.

 Naməlum silahlı şəxslərin Queretaro ştatında bir barda atəş açması nəticəsində azı 10 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, Queretaro bələdiyyəsinin ictimai təhlükəsizlik departamentinin rəhbəri X-də yazıb. Məlumata görə, noyabrın 9-da axşam saatlarında 4 naməlum şəxs bara daxil olaraq atəş açmağa başlayıb.

Qeyd olunur ki, indiyədək bir nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası