Ucnoqta.az
www.ucnoqta.az

Ağstafa sakini qardaşını maşınla vurub öldürdü

10:36 - 10 Noyabr 2024 tarixində dərc olunub.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Ucnoqta.az xəbər verir ki, Muğanlı kəndində qəzanı törətməkdə şübhəli bilinən sürücü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.

Hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası