Ucnoqta.az
www.ucnoqta.az

Bakı, Sumqayıt və Abşeron pensiyaçılarına ŞAD XƏBƏR

18:07 - 7 Noyabr 2024 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.

Bu barədə Ucnoqta.az-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, respublikamızın digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Müəllif: Ucnoqta.az redaksiyası