Ucnoqta.az
www.ucnoqta.az

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

19:37 - 6 Noyabr 2024 tarixində dərc olunub.

 Papua-Yeni Qvineyanın Yeni İrlandiya əyaləti sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 52 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası