Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

18:33 - 6 Noyabr 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

Müəllif: Ucnoqta.az redaksiyası