Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə “Hyundai” yanıb

19:37 - 5 Noyabr 2024 tarixində dərc olunub.

Şəkidə minik avtomobili yanıb.

Ucnoqta.az xəbər verir ki, axşam saatlarında Şəki şəhəri M. Ə. Rəsulzadə prospektində “Hyundai” markalı minik maşınında yanğın baş verib.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası