Ucnoqta.az
www.ucnoqta.az

Misirdə hərbi helikopter qəzaya uğrayıb - ölənlər var

17:07 - 5 Noyabr 2024 tarixində dərc olunub.

 Misirin şərqində Süveyş kanalı yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Abdel Hafiz məlumat verib. Məlumata görə, iki Hərbi Hava Qüvvələri zabiti həlak olub.

İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Müəllif: Ucnoqta.az redaksiyası