Ucnoqta.az
www.ucnoqta.az

Oyun zamanı stadiona donuz başı atdılar - VİDEO

16:18 - 5 Noyabr 2024 tarixində dərc olunub.

Braziliya çempionatında keçirilən futbol matçı zamanı azarkeşlər stadiona donuz başı atıblar

Ucnoqta.az xəbər verir ki, Braziliya çempionatının "Korintians" - "Palmeyras" matçında insident yaşanıb. Belə ki, oyunun 37-ci dəqiqəsində azarkeşlər meydançaya kəsilmiş donuz başı atıblar. Oyunçulardan Yuri Alberto az zədələnməkdən son anda xilas olub.

Qeyd edək ki, oyun 2:0 "Korintians"in qələbəsi ilə yekunlaşıb. 

Müəllif: Ucnoqta.az redaksiyası