Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda MiQ-29 təyyarəsi qəzaya uğrayıb

16:53 - 4 Noyabr 2024 tarixində dərc olunub.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı Aqra şəhəri (mərkəzi Uttar Pradeş) yaxınlığında qəzaya uğrayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir.

Qəza təlim uçuşu zamanı sistemin nasazlığı səbəbindən baş verib. 
Pilot insan tələfatının və ya yerdəki əmlakın zədələnməsinin qarşısını almaq üçün təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırıb və sonra havadan atılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası