Ucnoqta.az
www.ucnoqta.az

Bakıda motosikletçi piyadanı vurub öldürdü

09:16 - 4 Noyabr 2024 tarixində dərc olunub.

Bakıda motosikletin iştirakı ilə yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Səbail rayonu, 20-ci sahə dairəsində qeydə alınıb.

Bayram Ağalarlı idarə etdiyi "Bajaj" markalı motosikletlə yolu keçən piyada Adəm Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası