Ucnoqta.az
www.ucnoqta.az

"Hizbullah" İsrailin hərbi düşərgəsinə zərbə endirib

00:01 - 4 Noyabr 2024 tarixində dərc olunub.

Livan şiə milisləri Hizbullah İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə hücumda pilotsuz uçuş aparatlarından istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə bütün hədəfləri dəqiqliklə vuran pilotsuz uçan aparatlar buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası