Ucnoqta.az
www.ucnoqta.az

Salyan şosesində piyadanı avtomobil vurub

19:53 - 2 Noyabr 2024 tarixində dərc olunub.

Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, qəza səbəbindən Salyan şosesi istiqamətində avtomobil sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası