Ucnoqta.az
www.ucnoqta.az

Livandan İsrailə 15 raket buraxılıb

10:48 - 2 Noyabr 2024 tarixində dərc olunub.

İsrailin şimal hissələri Livandan yeni raket atəşinə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər 15-ə yaxın raket buraxılışını aşkar ediblər.

Raket təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı elan edilib.

Mərmilərin bir hissəsi zərərsizləşdirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası