Ucnoqta.az
www.ucnoqta.az

Bakıda dərsdən qaçan qız xəsarət aldı

14:55 - 31 Oktyabr 2024 tarixində dərc olunub.

Bakıda dərsdən qaçmaq istəyi şagirdə baha başa gəlib, yıxılaraq ciddi xəsarətlar alıb.

Hadisə Qaradağ rayonunda, 274 saylı məktəbdə baş verib.

Məlumata görə, 2008-ci il təvəllüdlü Aysel Abbasova (ad-soyad şərtidir-red.) dərsdən qaçarkən yıxılıb və sınıq xəsarətləri alıb.
Hazırda onun xəstəxanaya yerləşdirildiyi və əməliyyata alındığı bildirilir.///Bakupost.az

Müəllif: Ucnoqta.az redaksiyası