Ucnoqta.az
www.ucnoqta.az

Daha 5 İsrail hərbçisi həlak olub

07:38 - 30 Oktyabr 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı və Livanın cənubunda "Hizbullah" təşkilatına qarşı döyüşlər zamanı 5 əsgərin öldüyünü bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 4 hərbiçi Fələstin anklavının şimalındakı Cəbəliyyədə öldürülüb.

Cənubda gedən döyüşdə ağır yaralanan daha bir çavuş xəstəxanada dünyasını dəyişib.

Yeni məlumatları nəzərə alsaq, ölən İsrail hərbçilərinin sayı artıq 777-yə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası