Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir

18:08 - 28 Oktyabr 2024 tarixində dərc olunub.

30 oktyabr tarixindən Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Dəyişikliyə səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətinin yaranmasıdır" - deyə qurumdan bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası