Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" UEFA reytinqində gerilədi

19:20 - 26 Oktyabr 2024 tarixində dərc olunub.

Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

“Qarabağ” əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib.

Qeyd edək ki, “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.

Reytinqə 130 xalla "Mançester Siti" liderlik edir.

Müəllif: Ucnoqta.az redaksiyası