Ucnoqta.az
www.ucnoqta.az

"Hizbullah" İsrail hərbi bazalarına raket zərbələri endirib

15:54 - 26 Oktyabr 2024 tarixində dərc olunub.

"Hizbullah" dəstələri İsrailin şimalındakı Hayfa və Safed şəhərlərinin kənarlarına raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı İsrail hərbi kəşfiyyat bazası və Mişardakı səhra düşərgəsi də atəşə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası