Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Ankaradakı terror aktından sonra İraq və Suriyada 120 hədəfi məhv etdi

11:44 - 25 Oktyabr 2024 tarixində dərc olunub.

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə kəşfiyyatı Kürdüstan Fəhlə Partiyasının (PKK) İraq və Suriyadakı 120-yə yaxın obyektini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı kəşfiyyat orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Təfərrüatlar açıqlanmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası