Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzanın cənubunu bombaladı - ölənlər var

06:53 - 25 Oktyabr 2024 tarixində dərc olunub.

İsrailin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə növbəti zərbələri nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Xan Yunisin şərqində iki yaşayış binasının partladılması zamanı 3 fələstinlinin öldüyü, 20-yə yaxın insanın yaralandığı barədə məlumat daxil olub.

Müəllif: Ucnoqta.az redaksiyası