Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və İsrail nümayəndə heyətləri Qəzza məsləhətləşmələri üçün Dohada görüşəcək

17:08 - 24 Oktyabr 2024 tarixində dərc olunub.

ABŞ və İsrail nümayəndə heyətləri Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələr aparmaq üçün Qətərin paytaxtında görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

 Əl Tani bildirib ki, Amerika və İsrail danışıqları Dohada görüşəcək və Qəzza zolağında atəşkəs danışıqlarında irəliləyiş əldə etməyin yollarını müzakirə edəcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası