Ucnoqta.az
www.ucnoqta.az

Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib

11:30 - 24 Oktyabr 2024 tarixində dərc olunub.

Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası