Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə çaydan qadın meyiti tapılıb

13:08 - 22 Oktyabr 2024 tarixində dərc olunub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan, Şərqiyyə Məmmədova olması müəyyən edilib.

Bunu Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O qeyd edib ki, ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.

Müəllif: Ucnoqta.az redaksiyası