Ucnoqta.az
www.ucnoqta.az

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

11:16 - 21 Oktyabr 2024 tarixində dərc olunub.

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası