Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda ağır qəza - 7 nəfər xəsarət alıb

15:49 - 18 Oktyabr 2024 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

"VAZ 2106 " ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası