Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum mağazadan 7 min manat oğurladı

11:37 - 17 Oktyabr 2024 tarixində dərc olunub.

Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası