Ucnoqta.az
www.ucnoqta.az

Mübariz İbrahimovun atası vəfat edib

12:21 - 16 Oktyabr 2024 tarixində dərc olunub.

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası