Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda kanaldan meyit tapıldı

15:16 - 15 Oktyabr 2024 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası