Ucnoqta.az
www.ucnoqta.az

Livandan İsrailə 10-a yaxın raket atılıb

11:57 - 14 Oktyabr 2024 tarixində dərc olunub.

 İsrail hərbçiləri Livandan ölkənin şimalındakı ən böyük şəhər olan Hayfa istiqamətində yeni raket atışı qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, bu istiqamətdə 10-a yaxın mərmi atılıb.

Raketlərin əksəriyyəti ələ keçirilib. Bir mərmi açıq əraziyə düşüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası