Ucnoqta.az
www.ucnoqta.az

Həftəsonu 12 kq-dan çox narkotik aşkarlanıb

10:45 - 14 Oktyabr 2024 tarixində dərc olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 12-də və 13-də ümumi çəkisi 12,4 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1058 ədəd müxtəlif adda psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası