Ucnoqta.az
www.ucnoqta.az

6,2 bal gücündə zəlzələ baş verib

22:23 - 12 Oktyabr 2024 tarixində dərc olunub.

Kosta-Rika sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası