Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda toyda ölüm

22:03 - 12 Oktyabr 2024 tarixində dərc olunub.

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası