Ucnoqta.az
www.ucnoqta.az

Livandan İsrailə 40-a yaxın raket buraxılıb

12:21 - 10 Oktyabr 2024 tarixində dərc olunub.

İsrail hərbçiləri ölkənin şimal rayonlarını Livan ərazisindən yeni atəşə tutublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yuxarı Qaliley yaşayış məntəqələrinə ümumilikdə 40-a yaxın mərmi atılıb.

Onlardan bəzilərinin qarşısı alınıb, bir neçə mərmi yerə düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası