Ucnoqta.az
www.ucnoqta.az

27 yaşlı müəllim vəfat etdi - FOTO

10:45 - 9 Oktyabr 2024 tarixində dərc olunub.

Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zərif Radəl qızı Zöhrabova vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, o, işlədiyi 3 il ərzində məktəb kollektivinin nüfuzunu qazanmış, həm də şagirdlərin sevimlisinə çevrilə bilmişdi.

Dünən axşam saatlarında dünyasını dəyişən 27 yaşlı müəllim uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.///mətbuat

Müəllif: Ucnoqta.az redaksiyası