Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurdu

15:08 - 7 Oktyabr 2024 tarixində dərc olunub.

Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. “Mercedes” markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası