Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS Təl-Əvivə raket zərbələri endirib

12:16 - 7 Oktyabr 2024 tarixində dərc olunub.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları yaraqlıların İsrail ərazisinə hücumunun ildönümündə Təl-Əvivə raket hücumu təşkil etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama hərəkatın rəsmi Telegram kanalında dərc olunub.

Mərmilərin hədəflərə düşüb-düşmədiyi barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası