Ucnoqta.az
www.ucnoqta.az

21 yaşlı oğlanı cərəyan vuraraq öldürdü

13:49 - 3 Oktyabr 2024 tarixində dərc olunub.

Hacıqabulda 21 yaşlı oğlanı bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

2003-cü il təvəllüdlü Elvin Rövşən oğlu Novruzov özlərinə məxsus həyətdə iş görərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Müəllif: Ucnoqta.az redaksiyası